AZ

İntizam Komitəsinin qərarları

30 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
31 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
31 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
1 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
 
30 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Neftçi-2” – “Şamaxı-2” oyununun 81-ci dəqiqəsində “Şamaxı-2” komandasının 75 nömrəli futbolçusu Ayxan Mustafazadə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şamaxı-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
30 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Neftçi-2” – “Şamaxı-2” oyununun 81-ci dəqiqəsində “Şamaxı-2” komandasının baş məşqçisi Məqsəd Yaqubəliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şamaxı-2” komandası 100 manat cərimə edilir (maddə 42.4);
 
30 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Kəpəz-2” – “Sabah-2” oyununda stadionda texniki zona xətlənmədiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (madd 69.3);
 
31 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
31 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sumqayıt-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);
 
31 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Zirə-2” – “Qarabağ-2” oyununda “Zirə-2” komandası “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Zirə--2” komandası 50 manat cərimə edilir (maddə 51.8);
 
2 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
 
2 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Lerik” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Füzuli” komandası 100 manat cərimə edilir (maddə 91);
 
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununun 50-ci dəqiqəsində “Hypers Guba” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Hypers Guba” komandası 80 manat cərimə edilir (maddə 52.1);
 
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilir (maddə 51.2);
 
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Hypers Guba” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə “Hypers Guba” komandası 200 manat cərimə edilir (maddə 73.3);
 
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz” komandası “A Buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Saatlı-Araz” komandası 50 manat cərimə edilir (maddə 51.8);
 
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Hypers Guba” komandasının  4 futbolçusu sarı vərəqə aldığına görə “Hypers Guba” komandası 70 manat cərimə edilir (maddə 37);
 
31 avqust 2024-cü il tarixində II Liqanın I turunun “Hypers Guba” – “Saatlı-Araz” oyununda “Hypers Guba” komandasının  heyətində protokolda adı olmayan 99 nömrəli futbolçu Hakan Həsənov oyuna daxil olduğuna görə “Hypers Guba” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Hypers Guba” komandası 400 manat cərimə edilir (maddə 61.5);
 
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Sheki City” – “Şəmkir” oyununda “Şəmkir” komandasının  6 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” komandası 70 manat cərimə edilir (maddə 37);
 
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Sheki City” – “Şəmkir” oyununun 84-cü dəqiqəsində “Sheki City” komandasının  heyətində protokolda adı olmayan 77 nömrəli futbolçu Ramin Məmmədov oyuna daxil olduğuna görə “Sheki City” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Sheki City” komandası 400 manat cərimə edilir (maddə 61.5);
 
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Şəfa” – “Qusar” oyununda “Şəfa” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” komandası 70 manat cərimə edilir (maddə 37);
 
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Ağdaş” – “Kür-Araz” oyununun 71-ci dəqiqəsində “Ağdaş” komandasının 5 nömrəli futbolçusu Vasif Nəsirov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
2 sentyabr 2024-cü il tarixində II Liqanın I turunun “Ağdaş” – “Kür-Araz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Ağdaş” klubu 80 manat cərimə edilir (maddə 51.2)
 
31 avqust 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Araz Naxçıvan PFK-Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N10 futbolçu Hikmət Cəbrayılzadənin qarşılaşmanın 90+3-cü dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 2 oyun  cəzalandırılsın (maddə 39.1);
 
2 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilməli olan Universal Football Academy-Kəpəz PFK oyununun hər iki komandanın oyun formaları eyni rəng olduğundan baş tutmadığına görə Kəpəz PFK-ya xəbərdarlıq edilir. Oyun yenidən keçirilsin (maddə 11);
 
31 avqust 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Kəpəz PFK-Sumqayıt FK oyununda Kəpəz PFK komandasının heyətində N88 futbolçu Vüsal Kuliyevin qarşılaşmanın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
31 avqust 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Kəpəz PFK-Sumqayıt FK oyununun 85-ci dəqiqəsində Kəpəz PFK komandasının heyətində N99 futbolçu Nihad İsaqovun rəqib qapıçını vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
28 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Asta FK –Lion PFK oyununda Asta FK komandasının heyətində N9 futbolçu  Aqşin İsgəndərovun təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
28 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Asta FK –Lion PFK oyununda Asta FK komandasının heyətində N8 futbolçu  Əli Məmmədlinin təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
28 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Asta FK –Lion PFK oyununda Lion PFK komandasının heyətində N7 futbolçu  Hüseyn Hüseynovun təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
28 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Asta FK –Lion PFK oyununda Lion PFK komandasının heyətində N10 futbolçu  Həsən Hüseynovun təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
28 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Asta FK –Lion PFK oyununda Lion PFK komandasının heyətində N21 futbolçu  Kərim Kərimlinin təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
28 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Asta FK –Lion PFK oyununda baş verən intizamsızlığa görə Lion PFK komandasına xəbərdarlıq edilir (maddə 11);
 
27 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Metak FK –Zirə PFK oyununda Zirə PFK komandasının heyətində N2 futbolçu Ramil Hacıyevin qarşılaşmanın 56-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 43.3);
 
27 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK –Dinamo (Bakı) FK oyununda Dinamo (Bakı) FK komandasının heyətində N4 futbolçu Yusif Əliyevin qarşılaşmanın 68-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
27 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK –Dinamo (Bakı) FK oyununun 79-cu dəqiqəsində Şamaxı FK komandasının heyətində N14 futbolçu Ülvi Hüseynzadənin qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
2 sentyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Səbail PFK –Sabah FK oyununda Sabah FK komandasının heyətində N2 futbolçu Nizami Nəbiyevin qarşılaşmanın 70-ci dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 2 oyun  cəzalandırılsın (maddə 39.1);
 
2 sentyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Səbail PFK –Sabah FK oyununun 79-cu dəqiqəsində Səbail PFK komandasının heyətində N6 futbolçu Əli İsrafilovun rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 41).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
4
affa.az

10Mənbələr