AZ

İntizam Komitəsinin qərarları

24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” klubunun analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olduğuna, ona fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Kəpəz” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.9, 32);
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
 
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);
 
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun inzibatçısı Hüseynxəlil Orucoğlu rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilir (maddə 43.4, 32);
 
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
 
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
 
25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Sabah” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov intizam qaydalarını pozduğuna görə Samir Abasova xəbərdarlıq edilir (maddə 11);
 
25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sumqayıt” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
 
25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Zirə” – “Şamaxı” oyunu bitdikdən sonra “Zirə” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə “Zirə” klubu 2000 manat cərimə edilir (maddə 73.3);
 
24 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Səbail-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Qarabağ-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Qarabağ-2” komandası 100 manat cərimə edilir (maddə 91);
 
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununun 90-cı dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 85 nömrəli futbolçusu Ayxan Məcidov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
26 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Şamaxı-2” – “Zirə-2” oyununda “Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
26 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə-2” komandası “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 51.8).
 
25 avqust 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən "Turan Tovuz" FK - "European Football Academy" oyununda "Turan Tovuz" FK komandasının heyətində N7 futbolçu Cavidan Eminov qarşılaşmanın 65-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 36.5).
 
23 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən "Turan Tovuz" FK – "Zirə" PFK oyununda "Turan Tovuz" FK komandasının heyətində N13 futbolçu Emil Abbasov qarşılaşmanın 65-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 36.5).
 
24 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən "Dinamo" (Bakı) FK – "Səbail" PFK oyununda "Dinamo" (Bakı) FK komandasının heyətində N14 futbolçu Ömər Behbudov qarşılaşmanın 54-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 36.5).
 
24 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən "Dinamo" (Bakı) FK – "Asta" FK oyununda "Asta" FK komandasının heyətində N8 futbolçu Nurəddin Quliyev qarşılaşmanın 37-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 36.5).
 
25 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən "Səbail" PFK – "European Football Academy" oyununda "Səbail" PFK komandasının heyətində N15 futbolçu İlkin Mikayılov qarşılaşmanın 9-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 41).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
4
affa.az

10Mənbələr