AZ

Kilian Mbappenin "Real Madrid"ə keçidi ilə bağlı yeni iddialar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransalı ulduz futbolçu Kilian Mbappe "Real Madrid" klubundan öncə "Liverpul"un təklifini qəbul edib.
Oxu.Az xəbər verir ki, Fransa mətbuatı ulduz futbolçunun 2022-ci ildə PSJ ilə müqaviləsini yenilədikdən sonra layihənin uğursuz olduğunu anladığını iddia edib.
Bu səbəbdən də hücumçu rəhbərliyə komandadan ayrılmaq istədiyini bildirib.
Həmin dövrdə "Liverpul"un Fransa təmsilçisinə 200 milyon avro təklif etdiyi, lakin parislilərin bunu qəbul etmədiyi bildirilib. Fransızlar oyunçu üçün 400 milyon avro istəyiblər. Mbappe PSJ-nin Robert Levandovski və Bernardo Silva kimi futbolçuları heyətinə qata bilməməsindən məyus olub.
Maraqlıdır ki, Kilian Mbappe bu səbəbdən "Liverpul"la şifahi razılığa gəlib, lakin əsas arzusu "Real Madrid" olub.
Seçilən
93
14
oxu.az

10Mənbələr