AZ

Holandın yeni müqaviləsində xüsusi "Real Madrid" bəndi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mançester Siti" 24 yaşlı hücumçu Erlinq Holand ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaq üzərində işləyir.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, norveçli futbolçunun tərəfi yeni əmək müqaviləsində "Real Madrid"lə bağlı xüsusi bəndin əlavə edilməsini israr edir. Buna uyğun olaraq, əgər Holandın "Real"a keçid imkanı yaranarsa, "Siti" onu buraxacaq və əmək münasibətlərinə xitam verəcək.
Qeyd edək ki, Holand 2022-ci ilin yayından "Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 102 matçda iştirak edib, 97 qol vurub, 14 məhsuldar ötürmə edib. Bu mövsüm 24 yaşlı futbolçu Premyer Liqada 3 oyun keçirib və 7 qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
oxu.az

10Mənbələr