AZ

"Real Madrid" PSJ deyil" - Ronaldu Mbappenin transferini şərh etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur portuqaliyalı hücumçu Kriştianu Ronaldu "Real Madrid"in yeni futbolçusu Kilian Mbappe haqqında danışıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, beş dəfə "Qızıl Top"un sahibi qeyd edib ki, Madriddə Mbappe üzərində təzyiq PSJ-də olduğundan qat-qat çoxdur. Buna baxmayaraq, Ronaldu Kilianın yeni komandasında uğur qazanacağına inanır.
"Mbappe? "Real Madrid" PSJ deyil, sizi əmin edə bilərəm. Burada təzyiq tamamilə fərqlidir. Amma düşünürəm ki, o, uğur qazanacaq" , - Kriştianu özünün "YouTube" kanalındakı yeni videoda bildirib.
Hazırda Mbappe yeni komandası ilə bütün turnirlərdə beş matçda iştirak edib və üç qol vurub. Futbolçunun klubla əmək müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, Mbappenin bazar dəyəri 180 milyon avrodur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
oxu.az

10Mənbələr