AZ

ABŞ İrana qarşı yeni sanksiyalar elan edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə axşamı İranın Rusiyaya qısamənzilli ballistik raketlər göndərdiyini və Tehranı Rusiya-Ukrayna münaqişəsinin dərinliyinə sürükləyən bu addım üçün yeni sanksiyalarla hədələdiyini bildirib. Bu, Kiyevin ABŞ-dən Rusiya ərazisinə zərbələr endirmək üçün icazə istədiyi bir vaxtda baş verir.
Oxu.Az bu barədə "Washington Post"a istinadən xəbər verir.
Məlumata görə, Blinken bildirib ki, "İran Air"ə qarşı tədbirlər də daxil olmaqla yeni sanksiyalar çərşənbə axşamı günü elan ediləcək. "Biz Tehranı açıq və gizli şəkildə xəbərdar etmişdik ki, bu addım təhlükəli eskalasiya olacaq", - deyə Blinken vurğulayıb. O əlavə edib ki, Rusiya artıq bu raketləri alıb. Siyasətçinin sözlərinə görə, Moskva onlardan bir neçə həftə ərzində istifadə edəcək.
İran rəsmiləri bu həftə Rusiyaya silah tədarükünü inkar ediblər. Lakin bu güclü silahlar Moskvanın Ukraynaya qarşı müharibəsinin dönüş nöqtəsində, Kiyev Rusiyanın dərinliklərinə irəlilədiyi, lakin şərqdə uğursuzluqlarla üzləşdiyi bir vaxtda Moskvanın arsenalını gücləndirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
oxu.az

10Mənbələr