AZ

Andrey Lunin və "Real Madrid" yeni uzunmüddətli müqavilə haqqında razılaşıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qapıçı Andrey Lunin və "Real Madrid" 2027/28 mövsümünün sonuna qədər qüvvədə olacaq yeni müqavilə ilə bağlı razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş "Twitter") məlumat verib.
İnsayder yazır ki, tərəflər arasında mövcud razılaşma gələn ilin yayında başa çatırdı, lakin futbolçu müqaviləni uzatmaq qərarına gəlib.
Jurnalist Xose Feliks Diazın sözlərinə görə, tezliklə müqavilənin uzadılması ilə bağlı rəsmi təsdiq yayımlanacaq.
Xatırladaq ki, ötən mövsüm 25 yaşlı qolkiper klub səviyyəsində 31 oyun keçirib, 12 matçda qapısını təmiz saxlayıb və 32 qol buraxıb. Transfermarkt portalı futbolçunu 25 milyon avro qiymətləndirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
oxu.az

10Mənbələr