AZ

Qarabağ və Türkiyə-Azərbaycan Universitetinlərində yeni tədris ili bir həftə gec başlayacaq - RƏSMİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ və Türkiyə-Azərbaycan universitetlərində yeni tədris ili bir həftə gec başlayacaq".
Oxu.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Qarabağ Universitetinə qəbul olan tələbələrin yataqxanalara yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq:
"Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq. Tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq".
Qarabağ Universitetində təhsil alacaq tələbələrə veriləcək əlavə təqaüd məbləği barədə danışan E.Əmrullayev vurğulayıb ki, bununla bağlı tələbələrin qeydiyyat prosesinin başa çatması gözlənilir:
"Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlərin verilməsi planlaşdırılır. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər".
Məhərrəm Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
44
oxu.az

10Mənbələr