AZ

Apple AirPods 4 təqdim olunub - QİYMƏTİ

     Apple şirkəti iPhone 16 smartfon seriyası və Watch Series 10 smart saatı ilə yanaşı həmçinin yeni naqilsiz qulaqlığını da təqdim edib. Söhbət, Apple AirPods 4-dən gedir. Apple şirkətinin bu yeni naqilsiz qulaqlığı iki versiyada təqdim edilib. Onlar arasında fərq ondan ibarətdir ki, ikinci versiya ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir. Şirkət bildirib ki, AirPods 4-ün hazırlanması çərçivəsində çoxlu sayda müxtəlif qulaq formaları nəzərə alınıb.     Nəticədə AirPods 4 istənilən qulaq forması üçün universal qulaqlıq olub. AirPods 4 qulaqlıqları Apple H2 prosessoru vasitəsilə çalışırlar. Bu isə öz növbəsində qulaqlıqlarda səs keyfiyyətinin yüksəldilməsinə imkan verib. Üstəlik qulaqlıqlar geniş səslənmə özəlliyini əldə ediblər. Standart AirPods 4 isə özündə telefon danışıqları zamanı ətraf səs-küyün boğulması funksiyasını birləşdirir. İdarəetmə sistemi qismində qulaqlıqların gövdələrində olan sensorlu panel istifadə edilir.     AirPods 4-ün sahib olduğu şarj keysi öz növbəsində AirPods tarixində ən kompakt ölçülü şarj keysi olub. O, yeni qulaqlıqların 30 saat ərzində çalışmalarını təmin edir və üstəlik özündə USB-C girişini birləşdirir. AirPods 4-ün ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib daha premium versiyası naqilsiz şarj texnologiyasının dəstəyinə sahibdir və onun şarj keysinə səsgücləndirici əlavə edilib. Bu, şarj keysinin itməsi halında onun Find My tətbiqi vasitəsilə axtarılması üçün nəzərdə tutulub. AirPods 4 naqilsiz qulaqlığı 20 sentyabr tarixində satışa çıxacaq. Onun standart versiyası 129$-a, ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib versiyası isə 179$-a satılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
42
technote.az

10Mənbələr