AZ

Yeni «iPhone 16»lar və «Apple»ın yeni məhsulları təqdim edildi – QİYMƏTLƏR 

«Apple» şirkəti özünün ənənəvi payız tədbirində yein məhsullarını - «iPhone 16»ları, «Apple Watch Series 10» smart saatlarını və «AirPods 4»ləri təqdim edib. 

FED.az xəbər verir ki, şirkət eləcə də «Apple»ın süni intellekti – «Apple Intelligence» funksiyalarını özündə birləşdirən «iOS 18» sistemini açıqlayıb. 

Amma bütün izləyiciləri maraqlandıran məhsul təbii ki, yeni «iPhone 16»lar idi. Bu dəfə «iPhone 16 Pro» və «16 Pro Max»un ekranları 6,3 və 6,9 düymə qədər böyüyüb, bu «iPhone» tarixində ən böyük telefonlardır. 

Ümumilikdə bu dəfə 4 fərqli ölçüdə 4 "iPhone" təqdim olunub. Əsas dəyişikliklər bunlardır. 

«iPhone 16»ların sağ tərəfinə kamera düyməsi əlavə olundu. Bu düymə ilə şəkil, video çəkmək, rejimlər arası keçid etmək, yaxınlaşdırıb-uzaqlaşdırmaq olacaq. 

«iPhone 16»ların məşhur kamerası 48 MP olub. «Apple» iddia edir ki, bu kamera vasitəsilə film də çəkmək olar, bunun üçün hətta «rejissor rejimi» nəzərdə tutulur. Amma telefonların ekran tezliyi dəyişməyib və 60HZ təşkil edir. 

«Apple» şirkəti kameraların yerləşmə forması ilə alıcılara təzyiqi «iPhone 16»larda da davam etdirir. Belə ki, sadə «iPhone 16»larda 2 kamera, digərlərində 3 kamera olacaq. 

Maraqlı funksiyalardan biri – «iPhone 16 Pro/Max» hərəkətdə olan obyektləri fokusa almağı öyrənib. Hərçənd bəzi «Android» smartfonlarda bu funksiya çoxdan mövcuddur. 

Telefonların qiyməti isə ənənəvi olaraq 800-900 dollar arasındadır.  Daha dəqiqi  «iPhone 16»nın 128 GB versiyası 799 dollara, 256 GB-lıq versiya 899 dollara, 512 GB-lıq versiya 1099 dollara satılacaq. 

«Apple»in tədbirdə təqdim olunan digər məhsulu «Apple Watch Series 10» əvvəlki modellərlə müqayisədə daha böyük ekrana sahibdir. Bu saatlar 30 dəqiqə ərzində 80 faizə qədər enerji ilə doldurula bilən yeni model 18 saatlıq batareyaya sahibdir və 50 metrə qədər suya davamlıdır.

«Apple»in yeni simsiz qulaqlığında ciddi dəyişiklik yoxdur, sadəcə iddia edilir ki, «AirPods 4» ətraf mühitdəki səs-küyü azaldır, əvəzində qulaqcığın şarj qutusu USB-C ilə uyğunlaşdırılıb.

Yeni simsiz qulaqlıq «AirPods 4» 129 dollara, səs-küyü götürən variant isə 179 dollara satışa çıcarılacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
42
fed.az

10Mənbələr