AZ

Ukrayna dronları Moskvaya hücum edib, ölənlər var – MOSKVA AEROPORTLARI BAĞLANIB

Dünən gecə Ukrayna dronlarının Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

FED.az xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Vorobyov  bildirib. O əlavə edib ki, gecə saatlarında hava hücumundan müdafiə sistemləri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 pilotsuz uçan aparatı vurub.

Ümumilikdə Rusiya tərəfi bildirir ki, Ukraynanın Moskva və Moskva vilayətinə hücum cəhdi zamanı ən azı 14 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Bundan başqa hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində 59 PUA-nın məhv edildiyini açıqlayıb. Regionun rəhbəri Aleksandr Boqomazın “Telegram” kanalında verdiyi məlumata görə, itki və dağıntı yoxdur.

Bunda başqa, yerli mətbuatda paytaxtı Jukovski hava limanının üzərində dronun vurulduğuna dair məlumat yer alıb. Sosial şəbəkədə yayılan görüntülərə əsasən, PUA aeroportun ərazisinə düşüb.

Ümumiyyətlə, PUA hücumları ilə bağlı Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar təxirə salınıb və ya ləğv edilib.

Belə ki, Vnukovo aeroportunda çıxan 30 reys və daxil olan 11 reys dayandırılıb. Daha 2 reys ləğv edilib. Söhbət Dubay, Abu-Dabi, Dalaman, Nadım, Astana, İzmir, Bodrum, Yerevan, Antalya və İstanbul reyslərindən gedir. Domodedovo aeroportlarında isə Bakı vaxtı ilə saat 8-ə 10 reys gecikirdi. Jukovsk və Şeremetyevo aeroportlarında da təxirə salınan reyslər var.

UkraynaUkraynaUkrayna
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
8
fed.az

8Mənbələr