AZ

Ötən gecə Ukrayna 144 PUA ilə Rusiya ərazisinə hücum edib

Ötən gecə ərzində 144 Ukrayna pilotsuz uçuş aparatı Moskva vilayəti də daxil olmaqla Rusiya Federasiyasının doqquz regionu üzərində məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Ukrayna dronlarından 20-si Moskva vilayəti üzərində məhv edilib və ələ keçirilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Moskva yaxınlığındakı Ramenskoyedə PUA hücumu nəticəsində bir qadın ölüb (əvvəllər 9 yaşlı uşağın öldüyü bildirilirdi, lakin məlumat təsdiqini tapmayıb) və daha dörd nəfər yaralanıb.

Jukovski aerodromuna hücum etmək istəyərkən PUA-lar Sportivnıy proezdindəki yaşayış binalarına dəyib və orada yanğın başlayıb. Vısokovoltnaya küçəsindəki hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsindəki mənzillərə ziyan dəyib. 43 nəfər təxliyyə edilərək, Vorovski adına Mədəniyyət Sarayında və məktəbdə müvəqqəti yerləşdirilib.

Moskva vilayətinin qubernatoru bildirib ki, ümumilikdə ötən gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomnada 14 PUA-nı vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
8
azpost.info

8Mənbələr