AZ

Millətlər Liqası: Ramil Şeydayev penaltini vura bilmədi (YENİLƏNİR)

Bu gün Azərbaycan millisi Millətlər Liqasında mübarizəyə başlayacaq.

Qaynarinfo xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan komanda 1-ci turda İsveçlə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək. Matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. 

Bu, Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi altında çıxacağı ilk oyundur.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək.

Millətlər Liqası
C liqası
I qrup, Itur

5 sentyabr
20.00 Azərbaycan - İsveç 0:0
İstifadə olunmayan penalti: Ramil Şeydayev, 45+7.
Azərbaycan: 23. Mehdi Cənnətov, 22. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 7. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov, 17. Toral Bayramov.
Ehtiyat oyunçular: Rza Cəfərov, Yusif İmanov, Amin Seydiyev, Şəhriyar Əliyev, Emil Mustafayev, Ozan Can Kökçü, Rahil Məmmədov, Rüstəm Əhmədzadə, Elvin Camalov, Ceyhun Nuriyev, Nəriman Axundzadə, Xəyal Nəcəfov.
Baş məşqçi: Fernandu Santuş.
İsveç: 12. Viktor Yohansson, 6. Lüdviq Auqustinsson, 4. İsak Hien, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 18. Yasin Ayari, 19. Mattias Svanberg, 11. Antoni Elanqa, 9. Aleksander İsak, 21. Deyan Kuluşevski, 17. Viktor Qyökeres.
Ehtiyat oyunçular: 1. Yakob Zetterström, 23. Kristoffer Nordfeldt, 5. Edvin Kurtuluş, 7. Lukas Berqvall, 8. Yens Kayuste, 10. Qustaf Nilsson, 13. Ken Sema, 14. Anton Saletros, 15. Karl Starfelt, 16. Niklas Eliasson, 20. Uqo Larsson, 22. Sebastian Nanasi.
Baş məşqçi: Yon Dal Tomasson.
Hakimlər: Balazs Berke, Vencel Toth, Balazs Szert, Csaba Pinter (Macarıstan).
Tofiq Bəhramov adına Respublika Stadionu.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
36
qaynarinfo.az

10Mənbələr