AZ

ŞOK İDDİA: Ali Koç mövsümün sonunda "Fənərbağça"dan gedə bilər

Türkiyənin "Fənərbağça" klubunun prezidenti Ali Koç ilə bağlı sürpriz iddia yayılıb. 

Hit.az xəbər verir ki, onun klub rəhbərliyindən gedə biləcəyi deyilir. 

Bu mövsüm "Fənərbağça" tarixinin ən güclü heyətlərindən birini quran Ali Koçun əsas hədəfi Super Liqada çempion olmaqdır. Uzun illərdir çempionluq həsrəti çəkən cameə artıq bu mövsümü xoşbəxt sonluqla bitirmək istəyir. 

Lakin klubun əzəli rəqibləri "Qalatasaray" və "Beşiktaş"ın da mövsümə iddialı başladığını vurğulamaq lazımdır. Üstəlik, onların da heyəti kifayət qədər güclü və dünya səviyyəli futbolçulardan formalaşıb. Bu isə çempionluq yarışının çox gərgin şəkildə, bəlkə də son tura qədər keçə biləcəyini deməyə əsas verir. 

"Fənərbağça"ya yaxın mənbələr isə çempionluq gəlməyəcəyi təqdirdə, bu mövsüm Ali Koçun klub rəhbərliyindəki son sezonunun olacağını deyirlər. Koçun kluba rəhbərlik etdiyi 6 ildə sadəcə 1 dəfə Türkiyə Kuboku qazanılıb. Bu isə azarkeşlərin xeyli narazılığına səbəb olur. 

Ali Koç isə dünyaca məşhur futbolçu transferlərlə azarkeşlərin könlünü almağa çalışır. Ancaq son məlumatlara əsasən, ötən mövsümün axırında yenidən klub prezidenti seçilən Ali Koçun istefa vermə ehtimalı var. "Fənərbağça" bu mövsümdə də çempion olmasa, Ali Koçun klubdan gedəcəyi proqnozlaşdırılır...

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
36
hit.az

10Mənbələr