AZ

Alp dağlarında 2 alpinist ölüb

Alp dağlarının İtaliya tərəfindəki Marmolada təpəsinə qalxan iki alpinistin yıxılaraq həyatını itirdiyi bildirilib.

“Cebheinfo.az” “ANSA” agentliyinə istinadən xəbər verir ki, Marmoladanın cənub tərəfindən zirvəyə qalxarkən yıxılan iki alpinistin cəsədi tapılıb.

Xilasetmə qrupları alpinistlərin cəsədlərini tapdıqları yerdən çıxarmaq üçün qurudan və havadan işlərini davam etdirir.

Xatırladaq ki, 3 iyul 2022-ci ildə Marmolada təpəsinin zirvəsinə qalxan 11 alpinist buz kütləsinin çökməsi nəticəsində həlak olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
10
cebheinfo.az

10Mənbələr