AZ

İtaliyada Marmolada zirvəsinə qalxan iki alpinist həlak olub

İtaliyada

Roma, 4 sentyabr, AZƏRTAC

İtaliyada iki alpinist Alp dağlarının Marmolada zirvəsinə qalxan zaman ölüb.

AZƏRTAC xəbər verir ki, alpinistlərin zirvəyə qalxmaq üçün ötən gün yola düşdükləri bildirilib. Onlardan birinin həyat yoldaşı geri qayıtmadığı üçün təhlükəsizlik qüvvələrinə xəbər verib. Alpinistlərin axtarışlarına xilasetmə xidməti və helikopter cəlb olunub.

Alpinistlərin cəsədi “Falco 2” helikopterinin köməyi ilə aşkarlanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
10
azertag.az

10Mənbələr