AZ

Fransada dağa qalxan iki alpinist faciəvi şəkildə öldü

Fransanın İtaliya ilə sərhədində yerləşən Mont Blank dağına çıxan iki ispaniyalı alpinist 350 metr hündürlükdən yıxılaraq ölüb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə dünən Fransanın Yuxarı Savoya əyalətindəki dağda baş verib.

Səlahiyyətlilər, 26 və 27 yaşlı iki ispan alpinistin Mont Blank zirvəsinə qalxarkən 350 metrdən yıxıldığını açıqlayıb.

Helikopterlə hadisə yerinə gələn axtarış-xilasetmə əməkdaşları eniş zamanı qayanı kəndirləri ilə sınamaq istəyərkən yıxılan iki alpinistin cəsədini aşkar ediblər.

Qəzadan sağ çıxan digər alpinist isə xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
10
7news.az

10Mənbələr