AZ

Mask Trampın komandasına mümkün təyinatı ilə bağlı məqaləni yüksək qiymətləndirib

Mask etiraf edib ki, Tramp administrasiyasına təyin olunmağı səbirsizliklə gözləyir.Elchi.az xəbər verir ki, Amerikalı sahibkar İlon Mask, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın komandasına təyin olunmağı “səbirsizliklə gözləyə bilmədiyini” söyləyib. O, X sosial şəbəkəsindəki hesabında müvafiq məzmunlu yazı dərc edib.Belə ki, iş adamı “The Washington Post” qəzetindəki məqalələrdən birinə münasibət bildirib. Orada jurnalistlər məlumatlı mənbələrə istinadən bildirirlər ki, Ağ Evin keçmiş sahibi noyabr seçkilərində qalib gələrsə, hökumət proqramlarının yoxlanılması üçün xüsusi komissiya yarada bilər. Eyni zamanda, nəşrin məlumatına görə, siyasətçi Maskı özünün potensial liderlərindən biri hesab edir.“Mən gözləyə bilmirəm. Hökumətdə çoxlu israfçılıq və lazımsız tənzimləmə var ki, ondan qurtulmaq lazımdır”, – deyə sahibkar yazıb.Avqustun 26-da Tramp bildirib ki, o, hakimiyyətə qayıdarsa, Maska ABŞ hökumətində yer təklif etməyə hazırdır. Prezidentliyə namizədin dediyi kimi, iş adamı məmurlara bir sıra məsələlər, o cümlədən süni intellektin inkişafı ilə bağlı məsləhətlər verə bilərdi.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
elchi.az

10Mənbələr