AZ

Mask "X"də seçki sorğusu keçirdi

İlon Mask ona məxsus "X" platformasında seçki sorğusu keçirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Tesla", "SpaceX" və "X" şirkətlərinin rəhbəri İlon Mask noyabrda yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə Tramp hökumətinə qoşulmağa hazır olduğunu bildirib.

İlon Mask açıqlamalarından sonra ABŞ seçkiləri ilə bağlı "X" platformasında qeyri-rəsmi sorğu keçirib. ABŞ-də prezident seçkiləri üçün sınaq sorğusunda Mask “Kamala Harris, yoxsa Donald Tramp?” sualını verib.

Sorğuda 5 milyondan çox insan səs verib. Respondentlərin 73 faizi Donald Trampı seçib. İlon Mask isə Kamala Harrisin siyasətini tənqid edib. O, tvitlərindən sitat gətirərək “bu yolun sonu çörək xətlərinə aparacaq” və tənqidlərini davam etdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
sia.az

10Mənbələr