AZ

Mask Trampın vəzifə barədə təklifi ilə razılaşdı –"Hazıram"

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti seçkilərində qalib gələcəyi təqdirdə Donald Trampın ona prezident kabinetində vəzifə təklif etməyə hazır olmasına münasibət bildirib.

Mask təklifə cavab olaraq X sosial şəbəkəsində belə yazıb: “Xidmət etməyə hazıram”.

ABŞ-ın sabiq prezidenti Donald Tramp Reuters agentliyinə müsahibəsində deyib ki, seçkidə qalib gələrsə, amerikalı iş adamı İlon Maska müşavir və ya kabinet üzvü vəzifəsini təklif etmək istərdi. Tramp Mask haqqında yüksək fikir söyləyərək onu “çox ağıllı oğlan” adlandırıb və əlavə edib ki, onun razılığını alsa, şad olardı.

Ötən həftə amerikalı sahibkar və milyarder İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampla X sosial şəbəkəsində müsahibə keçirib, iyul ayında isə prezidentlik yarışında Trampı dəstəklədiyi barədə bəyanat yayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
azpost.info

10Mənbələr