AZ

ABŞ-da enerji çatışmazlığı: Köhnə nüvə reaktorları yenidən işə salınır

Birləşmiş Ştatlar elektrik enerjisinə artan tələbat fonunda son on ildə bağlanmış 13 nüvə reaktorundan bəzilərini yenidən işə salmaq istəyir.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, reaktorlardan yalnız 3-nü bərpa etmək mümkündür. Belə ki, 13 reaktorun əksəriyyəti “zədələnib və ya sökülüb”.

Agentlik qeyd edir ki, Miçiqandakı atom elektrik stansiyasındakı reaktorun 2025-ci ilin sonunda işə salınmasına hazırlaşılır. Bundan əlavə, Pensilvaniya və Ayova ştatlarında bağlanan reaktorların yenidən işə salınması planları nəzərdən keçirilir. Kaliforniya, Vermont və Nyu-York ştatlarında qalan reaktorlar ya artıq sökülüb, ya da yenidən işə salınması üçün lazımi qaydada saxlanılmayıb.
Bloomberg qeyd edir ki, hər bir reaktorun işə salınması kifayət qədər baha başa gələcək. Belə ki, Amerika administrasiyası Miçiqandakı atom elektrik stansiyasının yenidən işə salınması üçün 1,5 milyard dolların ayrılmasını təsdiqləyib və ştatın hakimiyyət orqanları daha 300 milyon dollar vəd edib.

Avqust ayında ABŞ-da Rusiyada və ya Rusiya müəssisələrində istehsal olunan şüalanmamış aşağı zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun qüvvəyə minib.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
5
musavat.com

10Mənbələr