AZ

Ermənistan ABŞ-ın “123-cü Saziş”inə qoşulur

Qərarı Bayden verməli, Konqres isə ratifikasiya etməlidir

Ermənistan Vaşinqtondan mülki nüvə texnologiyasına çıxış üçün müraciət edib.

Musavat.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, ABŞ hazırda İrəvanın “123-cü Saziş”ə qoşulmaq üçün müraciətini araşdırır.

“Əgər müraciət müsbət cavablandırılarsa, Ermənistan Amerikanın mülki nüvə texnologiyasını əldə edə biləcək”, - ABŞ Dövlət Departamentinin İrəvanın müraciəti ilə bağlı şərhində deyilir.

maxresdefault-2.jpg

“123-cü Saziş” öz adını Amerika Atom Enerjisi Aktının maddə nömrəsindən alıb. “123-cü Saziş” qoşulmaq ABŞ Prezidenti tərəfindən təsdiq edilir. Bundan sonra isə o qərar ABŞ Konqresi tərəfindən ratifikasiya edilməlidir, sonra isə müvafiq şərtlərlə əməkdaşlıq sazişi imzalanır. Dövlət Departamentinin 2022-ci il üçün məlumatına görə, ABŞ 48 ölkə və ərazi ilə belə sazişlər bağlayıb. Vaşinqton İrəvanla bu məsələ barədə danışıqlar prosesinin təfərrüatlarını açıqlamır. Lakin “demək olar ki, Dövlət Departamenti Ermənistanın sazişə qoşulmaq istəyinə lazımi diqqət yetirir və bu sahədə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını alqışlayır”.

Ermənistan sazişə qoşularsa, bu, sovet dövründə tikilmiş AES-i əvəz edəcək Amerika texnologiyasından istifadə etməklə Ermənistanda yeni atom elektrik stansiyasının layihələndirilməsinə və tikintisinə yol açacaq. Baş nazir Nikol Paşinyan 2023-cü ilin noyabrında bəyan edib ki, Ermənistanın qarşısında yeni AES bloku tikmək vəzifəsi durur. O, bu məsələ ilə bağlı Rusiya, ABŞ və Cənubi Koreya ilə danışıqların aparıldığını deyib. Bundan sonra İrəvan hansı təklifin daha sərfəli olacağının qiymətləndirərək qərar verməlidir.

169641AD-3088-4272-9BAB-FE60A72411EF_w1200_r1.jpg

Bəllidir ki, Ermənistanda sovet istehsalı olan atom elektrik stansiyası fəaliyyət göstərir ki, ona hazırda Rusiyanın“Rosatom” şirkəti xidmət göstərir. Stansiya Ermənistanı bütün elektrik enerjisinin təxminən 40%-i ilə təmin edir.

Ermənistan Rusiyanın “enerji kölələliyindən” qurtulmaq üçün SSRİ zamanı tikilmiş Metsamor AES-dən Amerikanın xeyrinə imtina etmək istəyir. ABŞ bir sıra ölkələrdə, o cümlədən Ermənistanda Amerika texnologiyasından istifadə etməklə kiçik modul nüvə reaktorları texnologiyasının quraşdırılmasını təbliğ edir. Bu isə İrəvanın həm Rusiya, həm də Çindən enerji asılılığından xilas etrmək məqsədi güdür.

ABŞ-da kiçik modul reaktorların iki əsas növü üzərində iş aparılır: Natrium (Bill Qeyts tərəfindən startap) və Holtec-in SMR-160 (160 meqavat) təzyiqli su reaktoru. Sırf texniki səbəblərdən Natrium nə Ermənistana, nə də Orta Asiyaya çatdırıla bilməz. Çünki bu sürətli reaktorda yüksək zənginləşdirilmiş urandan istifadə edir.

Təzyiqli su reaktoruna(SMR-160) gəlincə, bunu İrəvanda tətbiqi mümkündür. Reaktorun özəlliyi ondan ibarətdir ki, o, “özünü tormozlayır” və təbii dövriyyədədir. Yüksək təhlükəsizlik reaktorda qəza istisna edilir və ətraf mühiti çirkləndirmir. AES-in təxmin edilən sahə tutumu isə cəmi 2-3 hektardır. Təhlükəsizliyin təmin edilməsi tikintinin mürəkkəbliyi hesabına baş verir. Reaktorun yerin altında demək olar ki, beş mərtəbəli bina hündürülyündə yerləşdirilməsi planlaşdırılır. Aydındır ki, bunun üçün külli miqdarda bahalı yeraltı tikinti işləri tələb olunacaq. Reaktorun dəyəri isə cəmi bir milyard dollar kimi qiymətləndirir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
5
musavat.com

10Mənbələr