AZ

"Akkuyu üçün 60 illik xidmət-baaxım müqaviləsi imzaladıq" – “Rosatom”

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın dövlət enerji şirkəti “Rosatom” Türkiyədə tikilməkdə olan Akkuyu Atom Elektrik Stansiyasına (Akkuyu AES) xidmət və texniki baxım göstərilməsi üçün Türkiyə tərəfi ilə 60 illik müqavilə imzaladığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, bu haqda “Vestnik Atomprom” jurnalına müsahibəsində “Rosatom Service” şirkəti baş direktorunun birinci müavini Dmitri Paşeviç bildirib.

TASS-ın məlumatına görə, Paşeviç deyib: "Bu müqaviləyə Akkuyu AES-in aqreqatlarına texniki xidmət, avadanlıqların təmiri, ehtiyat hissələrinin tədarükü və təmir üçün texnoloji sənədlərin hazırlanması daxildir. Lakin bu müqavilə istismarla bağlı məsləhət xidmətlərini əhatə etmir. Müqavilə elektrik stansiyasının dizayn müddəti üçün keçərlidir. Yəni 60 il müddətində etibarlıdır".

Paşeviç onu da qeyd edib ki, xidmət müqavilələri həmişə bütün əməliyyat dövrü üçün bağlanmır. O bildirib ki, bu vəziyyət yerli qanunvericilik aktlarından və sifarişçi ölkənin tender prosedurlarından asılı olaraq dəyişir. "Bizim üç, dörd illik, on və on iki illik müqavilələrimiz mövcuddur və onların uzadılmasında təcrübəmiz var. Akkuyu AES kimi layihələrdə bütün dizayn müddəti üçün xidmət müqavilələri imzalanıb”, - o əlavə edib.

“Rosatom” nümayəndəsi bildirib ki, iş həm rusiyalı, həm də yerli ekspertlər tərəfindən aparılacaq. Biz bütün layihələrimizdə həmişə yerli şirkətlərlə müəyyən qədər əməkdaşlıq edirik. Bu, resurslardan daha səmərəli istifadəyə imkan verdiyi üçün hamı üçün sərfəlidir", - o bildirib.

Akkuyu AES Türkiyədə tikilən ilk atom elektrik stansiyasıdır və layihə tamamilə Rusiya tərəfindən maliyyələşdirilir. Akkuyu Nükleer A.Ş.-nin əsas səhmdarı kimi “Rosatom” elektrik stansiyasının layihələndirilməsi, tikintisi, saxlanması, istismarı və istismardan çıxarılması kimi öhdəlikləri öz üzərinə götürür. Akkuyu AES dünya nüvə sənayesində “Tik-İşlət-Sahib ol” modeli ilə həyata keçirilən ilk layihədir. Bu layihə hər birinin gücü 1200 MVt olan dörd enerji blokunun tikintisini nəzərdə tutur. İlk blokun 2025-ci ildə istismara verilməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
hafta.az

10Mənbələr