AZ

NATO Baş katibinin müavini istefa verir

NATO Baş katibinin müavini Mirça Dan Coane (Mircea Geoana) sentyabrın 10-da bu postdan istefa verəcək.

Bu barədə məlumatı NATO yayıb.

Qeyd edilib ki, M.Coane Baş katib Yens Stoltenberqə sentyabrın 10-da onun müavini vəzifəsindən çəkiləcəyini bildirib. Baş katib Yens Stoltenberq istefanı qəbul edərək ona bu vaxta qədərki xidmətlərinə görə təşəkkür edib.

\"Mirça NATO-ya təxminən beş il xidmət edib. Onun texnologiya və yeni təhlükəsizlik çağırışlarına diqqəti Alyansda innovasiyaları təşviq etməkdə həlledici rol oynayıb. Onun tərəfdaşlarla işi NATO-ya böyük fayda verib. Gələcək üçün ona ən xoş arzularımı çatdırıram\", - Y.Stoltenberq əlavə edib.

Bildirilib ki, Siyasi işlər və təhlükəsizlik siyasəti (PASP) üzrə Baş katibin köməkçisi Boris Ruge yeni müavin təyin olunana qədər bu vəzifəni icra edəcək.
 
///report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
28
azxeber.com

10Mənbələr