AZ

NATO-nun keçmiş rəsmisi Avropa ölkəsinin prezidenti olmaq istəyir

NATO baş katibinin keçmiş müavini Mirça Coana Rumıniya prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb. 

HİT.az xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.

Coana bildirib ki, Rumıniyanın əsl dəyişikliyə ehtiyacı var:

"Mən sizə ideal bir ölkə vəd edə bilərdim. Özünü ideal siyasətçi kimi göstər, bütün problemlərin bir gecədə aradan qalxacağını söylə. Amma hamımız bilirik ki, bu doğru deyil. Biz mükəmməl deyilik. Mən mükəmməl deyiləm. Amma nə edə biləcəyimizi bilirsinizmi? Biz işləyə bilərik. Qollarınızı yuxarı çəkin və daha yaxşı ölkə qurmağa çalışın".

Coana əlavə edib ki, bu gün ölkənin dinləyən, anlayan və peşəkarcasına hərəkət edən liderlərə ehtiyacı var.

Mirça Coana sentyabrın 10-da NATO baş katibinin müavini vəzifəsini tərk edib. O, Şimali Atlantika Alyansının rəhbərliyində olmağın onun üçün şərəf olduğunu bildirib. Öz növbəsində Yens Stoltenberq onu "əsl transatlantikçi" adlandırıb və onun tərəfdaşları ilə işləməsi NATO-ya çoxlu faydalar gətirib.

Samir
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
6
hit.az

10Mənbələr