AZ

NATO Baş katibinin müavini istefa verir

NATO Baş katibinin müavini Mirça Dan Coane (Mircea Geoana) sentyabrın 10-da bu postdan istefa verəcək.

 

Senzor.az bildirir ki, bu barədə məlumatı NATO yayıb.

 

Qeyd edilib ki, M.Coane Baş katib Yens Stoltenberqə sentyabrın 10-da onun müavini vəzifəsindən çəkiləcəyini bildirib. Baş katib Yens Stoltenberq istefanı qəbul edərək ona bu vaxta qədərki xidmətlərinə görə təşəkkür edib.

 

“Mirça NATO-ya təxminən beş il xidmət edib. Onun texnologiya və yeni təhlükəsizlik çağırışlarına diqqəti Alyansda innovasiyaları təşviq etməkdə həlledici rol oynayıb. Onun tərəfdaşlarla işi NATO-ya böyük fayda verib. Gələcək üçün ona ən xoş arzularımı çatdırıram", - Y.Stoltenberq əlavə edib.

 

Bildirilib ki, yeni müavin təyin olunana qədər bu vəzifəni Siyasi işlər və təhlükəsizlik siyasəti (PASP) üzrə Baş katibin köməkçisi Boris Ruge icra edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
28
senzor.az

10Mənbələr