AZ

Bu ölkə ruslar üçün vizanı ləğv etdi

Şri-Lanka Rusiya və digər 37 ölkənin vətəndaşları üçün vizaları vaxtından əvvəl ləğv edib.

Publika.az xəbər verir ki, "Newswire" bu məlumatı Şri-Lankanın xarici işlər naziri Əli Səbrinin bəyanatına istinadən yayıb.

Bildirilir ki, sadələşdirilmiş vizasız rejim sentyabrın 2-dən martın 31-dək qüvvədə olacaq. Bundan əvvəl ilkin olaraq oktyabrın 1-dən 35 ölkədən olan turistlər üçün tətbiq edilməsi planlaşdırılırdı.

Qeyd edək ki, yeni qaydalara gəliş zamanı vizanın ləğvi də daxildir. İndi səyahət edənlərin pasportlarına giriş tarixi ilə möhür vurulacaq. Səbrinin sözlərinə görə, bu qərar viza məntəqələrində tıxacın azaldılmasına kömək edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
34
publika.az

10Mənbələr