AZ

Afrikada İqlim Vəziyyəti 2023-cü il hesabatı

 

  Afrikada 2030-cu ilə qədər təxminən 118 milyon insan iqlim dəyişikliyinin təsirlərinə məruz qala bilər.

  Ümumdünya Meteorologiya Təşkilatı – WMO Afrikada İqlim Vəziyyəti 2023 adlı hesabatını dərc edib.

  Hesabata əsasən, Afrika iqlim dəyişikliyi ilə bağlı getdikcə ağır şərtlərlə mübarizə aparır və buna uyğunlaşma üçün əsas təcrübələrlə bağlı qeyri-mütənasib yüksək xərclərlə üzləşir.

  Saxaraaltı Afrikada iqlim dəyişikliyinə uyğunlaşma xərclərinin yaxın 10 il ərzində hər il 30-50 milyard dollar və ya regionun ümumi daxili məhsulunun (ÜDM) 2-3 faizini təşkil edəcəyi gözlənilir. Əgər adekvat tədbirlər görülməzsə, 2030-cu ilə qədər həddindən artıq yoxsulluq içində olan 118 milyona qədər insanın (gündə 1,90 dollardan az pul qazanan) quraqlığa, daşqınlara və həddindən artıq istilərə məruz qalacağı təxmin edilir.

  Həmçinin bildirilib ki, Afrika ölkələri milli meteorologiya və hidroloji xidmətlərə daha çox sərmayə qoymağa üstünlük verməli və insanların həyatını və dolanışıq vasitələrini xilas etmək üçün iqlim dəyişikliyinə qarşı "erkən xəbərdarlıq təşəbbüsü"nün həyata keçirilməsini sürətləndirməlidir.

  WMO-nun baş katibi Celeste Saulo deyib: "Afrikada son 60 ildə qlobal orta göstəricidən daha sürətli bir istiləşmə tendensiyası müşahidə edilib. 2023-cü ildə qitədə ölümcül isti dalğaları, güçlü yağışlar, daşqınlar, tropik siklonlar və uzunmüddətli quraqlıqlar yaşandı. Və bu ekstremal təbii hadisələr insanlar üzərində dağıdıcı təsirlərə səbəb olur”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
34
trt.net.tr

10Mənbələr