AZ

Separatçılar İrəvanda toplaşdılar, Qarabağa qayıdırlar - Şahramanyan şərt irəli sürdü

Azərbaycandan İrəvana qaçan separatçıların sonuncu lideri Samvel Şahramanyan ermənilərin Qarabağa qaytarılması üçün danışıqlara hazır olduğunu bildirib.

O, bu barədə Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində bildirib.

Şahramanyan bildirib ki, vaxtaşırı əhalinin öz evlərinə hansı yolla qayıda biləcəyi ilə bağlı müzakirələr gedir, hətta Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyanın rəhbərlik etdiyi xüsusi komissiya da yaradılıb. Onun sözlərinə görə, artıq çoxlu təkliflər və variantlar var.

“Arsax” xalqının öz vətəninə qayıtmaq və onu inkişaf etdirmək arzusu var, amma bizim beynəlxalq təminatlarımız olmalıdır, bizim geri dönüşümüz ləyaqətli və ədalətli olmalıdır və ən əsası, bu standartlar təmin olunarsa, o zaman biz danışıqlara hazırıq”, separatçı bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb-görüşmədiyi sualına Şahramanyan mənfi cavab verib və qeyd edib ki, heç bir görüş cəhdi olmayıb. Paşinyanın ermənilərin qayıdışını qeyri-real hesab etdiyi ifadəsinə cavab olaraq Şahramanyan “Qayıdış bizim hüququmuzdur və bu, Ermənistanın dövlət maraqlarına zidd ola bilməz” cavabını verib.

Şahramanyan bəyan edib ki, Dağlıq Qarabağın ləğvi ilə bağlı sənədin hüquqi qüvvəsi yoxdur və bu barədə Ermənistan hökumətinə və baş nazirinə yazılı məlumat verib.

“İmzalamağa məcbur olduğumuz sənəd əhalinin, silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin Dağlıq Qarabağdan Ermənistana təhlükəsiz çıxışını təmin etməyə imkan verdi”, - deyə Şahramanyan bildirib.

Onun sözlərinə görə, sənədin konstitusiyaya zidd olduğu, hüquqi qüvvəyə malik olmadığı, rəsmi dərc edilmədiyi və normativ akt kimi qəbul olunmaq üçün hüquq sisteminə daxil edildiyi ilkin olaraq məlum olub.

Şahramanyan onu da qeyd edib ki, onun üçün Ermənistanın təhlükəsizliyi hər şeydən önəmlidir və onlar ölkə hakimiyyətinin apardığı proseslərə xələl gətirməmək və təhlükəsizlik sisteminə zərər vurmamaq üçün hər şeyi etmək niyyətindədirlər.

Görünür, separatçıları körükləyən müəyyən qüvvələr var ki, bununla əslində Paşinyana yox, Azərbaycana təsir etmək istəyirlər. Sözsüz ki, bu qüvvələrin başında Rusiyadakı erməni lobbisi dayanır. Elə Fransadakı erməni lobbisi də separatçılardan öz məqsədlərinə nail olmaq üçün yararlana bilər.

Amma onların real nəticəyə nail olmaq şansları yoxdur./ Publika.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
referans.az

10Mənbələr