AZ

Paşinyan: "Onu vədlərlə Qarabağa göndərib, sonra da..."

"İmzaladığımız bütün sənədlərin Azərbaycanın da xeyrinə olduğunu bilirik, amma bu, Ermənistanın da xeyrinədir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçirilən mətbuat konfransında bildirib.

Paşinyan "Dünya belədir, çünki digəri müharibə rejimidir, biri qalib gəlməli, digəri isə uduzmalıdır”,- deyib

Azərbaycanda həbsdə olan "dövlət naziri" Ruben Vardanyan haqqında danışan Paşinyan bunları deyib:

“Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu bu mənada kim  Ermənistana göndərib, kim Dağlıq Qarabağa hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə göndərib?

Və sonunda kim dedi ki, bilirsən nə var, biz onun kim olduğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır? Bu suallara cavab istəyirik, yoxsa yox? Bu, həqiqətən də bizim üzləşdiyimiz ciddi problemdir".

O deyib ki, sülh sazişinin uğurla həyata keçirilməsi də bu məsələ üçün vacibdir:

"Eyni zamanda, son nöqtə lazım deyil, vacib olan uğurlu proses, normal iş mühiti, qarşılıqlı etimadın tədricən formalaşmasıdır". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
17
cebheinfo.az

10Mənbələr