AZ

Separatçılar İrəvanda toplaşdılar, Qarabağa qayıdırlar

Azərbaycandan İrəvana qaçan separatçıların sonuncu lideri Samvel Şahramanyan ermənilərin Qarabağa qaytarılması üçün danışıqlara hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində bildirib.

Şahramanyan bildirib ki, vaxtaşırı əhalinin öz evlərinə hansı yolla qayıda biləcəyi ilə bağlı müzakirələr gedir, hətta Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyanın rəhbərlik etdiyi xüsusi komissiya da yaradılıb. Onun sözlərinə görə, artıq çoxlu təkliflər və variantlar var.

“Arsax” xalqının öz vətəninə qayıtmaq və onu inkişaf etdirmək arzusu var, amma bizim beynəlxalq təminatlarımız olmalıdır, bizim geri dönüşümüz ləyaqətli və ədalətli olmalıdır və ən əsası, bu standartlar təmin olunarsa, o zaman biz danışıqlara hazırıq”, separatçı bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb-görüşmədiyi sualına Şahramanyan mənfi cavab verib və qeyd edib ki, heç bir görüş cəhdi olmayıb. Paşinyanın ermənilərin qayıdışını qeyri-real hesab etdiyi ifadəsinə cavab olaraq Şahramanyan “Qayıdış bizim hüququmuzdur və bu, Ermənistanın dövlət maraqlarına zidd ola bilməz” cavabını verib.

Şahramanyan bəyan edib ki, Dağlıq Qarabağın ləğvi ilə bağlı sənədin hüquqi qüvvəsi yoxdur və bu barədə Ermənistan hökumətinə və baş nazirinə yazılı məlumat verib.

“İmzalamağa məcbur olduğumuz sənəd əhalinin, silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin Dağlıq Qarabağdan Ermənistana təhlükəsiz çıxışını təmin etməyə imkan verdi”, - deyə Şahramanyan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
publika.az

10Mənbələr