AZ

Bakıda TIR dəhşət saçdı:  Gənc oğlanın başının üzərindən keçdi

Bakıda Bakıda TIR dəhşət saçdı:

"Bakıda metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş verən qəzada həyatını itirən şəxs 2004-cü il təvəllüdlüdür".

Bu məlumatı Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rüstəm Əhmədli verib.

"Hadisə avqustun 28-i saat 22:55-də Nizami rayonu Nəsimi küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində baş verib. "Mercedes-Benz" markalı 01-AG-269 dövlət nömrə nişanlı yük avtomobili motosiklet sürücüsünü vurub. Hadisə nəticəsində motosikletin sürücüsü, 2004-cü il təvəllüdlü İsa Fikrət oğlu Əliyev həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

01:38

Bakıda metronun "Qara Qarayev" stansiyasının yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, motosiklet sürücüsü İsa Əliyev TIR-ın altında qalaraq ölüb.

Hadisənin necə baş verdiyi məlum deyil.

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
e-saglam.az

10Mənbələr