AZ

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində "exit-poll"un nəticələrini açıqlayıb

Sosioloji Tədqiqatlar Mərkəzi sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb.

"Report"un məlumatına görə, Mərkəzin direktoru Natalya İsayeva bildirib ki, 146 min 520 nəfər seçici "exit-poll"a cəlb edilib: "Nəticələr göstərir ki, YAP qələbə qazanıb".

Qeyd edilib ki, "exit-poll" təsadüfi üsulla seçilmiş 75 dairədə, 750 seçki məntəqəsində keçirilib. Hər dairədə 1800-dən çox seçici olmaqla, ümumilikdə "exit-poll"a 136520 nəfər seçici cəlb edilib. Bütün dairələrdə statistik səhv +/- 2,3% təşkil edir.

"Exit-poll"un nəticələri göstərir ki, Yeni Azərbaycan Partiyası inamlı qələbə qazandı, onun namizədləri 45 dairədə ən çox səs topladılar, yəni, "exit-poll" keçirilən dairələrin 60%-ində", - məlumatda bildirilib.

Aşağıdakı cədvəldə qalib namizədlərin siyahısı, onların partiya mənsubiyyəti və sorğuda iştirak edən seçiсilərin səs faizi qeyd olunub:

SosiolojiSosiolojiSosioloji


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
2
big.az

10Mənbələr