AZ

“Babam istəmirdi ki, onları bu sənətdə görsün...”

“Bu gün babamın sənətini, yaradıcılığını ailədə davam etdirən kimsə yoxdur. Yeniyetmə yaşlarında bibim qızı oxuyurdu, hətta babamla birlikdə bir dueti də var. Amma o peşəkar müğənni olmadı. Bir də mənim doğma bacım bir-iki filmə çəkilib. Onlardan biri də “Asif, Vasif, Ağasif”-dir. Amma o da nə peşəkar aktrisa oldu, nə də müğənni. Sözün düzü babam özü də istəmirdi ki, onları bu sənətdə görsün” Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Mirzə Babayevin nəvəsi Emin Babayev deyib. O daha sonra “Babanızın mahnılarından qonorar alırsınız?” sualına belə cavab verib. “Ötən ilin əvvəlində mənə “Mixpro” adlı bir şirkət müraciət etdi. Hansı ki, bu müəllif hüquqlarını qoruyur. Mən onlarla müqavilə bağlamışam. Müəlliflik hüququ müğənnidən də əvvəl bəstəkara və söz yazarına düşür. Amma müğənni də orada müəllif kimi nəzərdə tutulur. Babamın adına rəsmi yutub kanalı açılıb. Düzdür, indiyə qədər qonorar almamışam. Onlar mənə mütəmaddi olaraq hesabat yollayırlar ki, ora nə qədər məbləğ yığılır. Həmin yutub kanalında 100-dən çox mahnı yerləşdirilib. Biz planlaşdırıq ki, həmin mahnıların sayını 200-ə çatdıraq. Çünki babam sağlığında müsahibələrinin birində demişdi ki, onun ifasında 200-ə yaxın yazılmış mahnı var. Bu mahnılar müxtəlif arxivlərdədir. Mən həmin mahnıları arxivlərdən tapıb, o şirkətə verirəm. Onlar da yutub kanalına yerləşdirirlər” deyə sənətkarın nəvəsi bildirib.Emin Babayev “Babanızın mahnılarını kimlər layiqincə oxuyub, təbliğ edir?” sualına isə belə cavab verib. “Müğənnilərə dair heç nə deyə bilmərəm. Çünki izləmirəm. Kim babamın mahnılarından hansını oxuyur xəbərim yoxdur” deyə bildirib. Sənətkarın nəvəsi babasının adından istifadə edən şəxsin kimliyini də saytımıza açıqlayıb.“Bu mövzu ilə bağlı mənə çox zənglər gəlib. Bu kişini bir adam tanıdı. Bu insan musiqiçidir. Çox gümankı babamı sağlığında görürdü, tanıyırdı. Dedilər ki, onun maddi, psixoloji problemləri var. Mən xahiş etdim ki, onun qohumlarından birinin əlaqə nömrəsini tapıb, onunla söhbət etsinlər. Bəlkə o da bundan sonra bu əməllərini dayandırar. Öz-özümdə də fikirləşirəm ki, bəlkə həmin şəxs ehtiyac ucbatından bunu edir? Bir çoxları da deyir ki, qoy Mirzə Babayevin hesabına dolansın da. Bu bir tərəfdən savabdır, bir tərəfdən də ailəmiz üçün bir ləkədir. Çünki əksər insanlar ona inanır. Bəlkə də bu yazılar həmin şəxsin özünə də çatar və bu əməlləri dayandırar” deyə sənətkarın nəvəsi bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
2
dia-az.info

10Mənbələr