AZ

Daria Qrevtsova: “Seçki Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir” – VİDEO

“Seçkilər gördüyümüz kimi çox sistemli, nizamlı şəkildə keçirilir. Biz seçki məntəqələrində görürük ki, seçki komissiyası səsvermədə iştirak edənlərə bülletenlər paylayır. Bundan başqa, müşahidəçilərin müxtəlif partiyaların olduğunu görürük”. 

Bu sözləri Bizim.Media-ya açıqalamsında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib. 

“Ümumilikdə hər şey çox ahəngdar, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir və məntəqələrdə heç bir pozuntu, neqativ hallara rast gəlmirik. Həmçinin sevindirici haldır ki, seçki məntəqələrinə çox sayda gənclər qatılaraq öz ölkəsinin gələcəyinə töhfə vermək üçün böyük həvəslə səs verirlər. 

Biz bilirik ki, bu seçki bütov Azərbaycan ərazisində ilk dəfə keçirilir. Bu, gənc nəsil üçün də çox maraqlıdır.

Biz şəhəri gəzdik və müşahidələrimizdə onu da gördük ki, insanlar seçkinin gedişatından xəbərdardır. Bu da onu sübut edir ki, bu gün keçirilən seçkilərdə insanlar gün ərzində aktiv şəkildə iştirak edəcəklər” – deyə o bildirib. 



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
bizim.media

10Mənbələr