AZ

Hollandın ikinci het-triki, "Mançester Siti"nin 3-cü qələbəsi

Bu gün İngiltərə Premyer Liqasında III turun 7 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, "Mançester Siti" ardıcıl 3-cü qələbəsini qazanıb.

Son çempion bu dəfə səfərdə "Vest Hem"i məğlub edib. Erlinq Holland komandasının hər 3 qolunun müəllifi olub. Norveçli forvard ardıcıl ikinci turda het-trik edib. Artıq onun hesabında 7 top var.

"Everton" ardıcıl 3-cü dəfə uduzub. "Arsenal" isə ilk xal itkisi ilə üzləşib.

İspaniya La Liqası
III tur
31 avqust

"Arsenal" - "Brayton" - 1:1
"Brentford" - "Soutgempton" - 3:1
"Everton" - "Bornmut" - 2:3
"İpsviç" - "Fulhem" - 1:1
"Lester" - "Aston Villa" - 1:2
"Nottingem Forest" - "Vulverhempton" - 1:1
"Vest Hem" - "Mançester Siti" - 1:3
1 sentyabr
"Çelsi" - "Kristal Pelas"
"Nyukasl" - "Tottenhem"
"Mançester Yunayted" - "Liverpul"

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
idman.biz

10Mənbələr