Futbol üzrə İngiltərə çempionatının 2-ci tur matçında Londonun "Çelsi" komandası səfərdə "Vulverhempton"u darmadağın edib.
 
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, görüş 2:6 hesabı ilə "mavilər"in xeyrinə başa çatıb. Qalib komandadan Çukvunonso Madueke het-trikə imza atıb. Həmçinin, Koul Palmer, Nikolas Cekson və Joau Feliks fərqləniblər. Meydan sahiblərinin qollarını Yorgen Larsen və Mateus Kunya vurub.
 
Növbəti matçda "Çelsi" sentyabrın 1-də evdə "Kristal Pelas"ı qəbul edəcək, bundan bir gün əvvəl isə "Vulverhempton" səfərdə "Nottingem Forest"lə qarşılaşacaq.