AZ

"Çelsi"dən "qol yağışı"

İngiltərə Premyer Liqasında II tura yekun vurulub.

İdman.biz xəbər verir ki, "Liverpul" ikinci görüşdə də qələbə qazanıb.

Mersisaydlılar "Bornmut"un qapısından 2 cavabsız top keçiriblər. "Çelsi" isə səfərdə "Vulverhempton"a qalib gəliblər. 8 qolun vurulduğu matçda "zadəganlar" rəqib komandanı 6 dəfə məyus ediblər. Madueke het-triklə yadda qalıb.

"Mançester Siti", "Liverpul", "Arsenal" və "Brayton" 2 turdan sonra maksimum nəticə göstərib.

İngiltərə Premyer Liqası
II tur
24 avqust

"Brayton" - "Mançester Yunayted" - 2:1
"Mançester Siti" - "İpsviç" - 4:1
"Kristal Pelas" - "Vest Hem" - 0:2
"Fulhem" - "Lester" - 2:1
"Soutgempton" - "Nottingem Forest" - 0:1
"Tottenhem" - "Everton" - 4:0
"Aston Villa" - "Arsenal" - 0:2
25 avqust
"Bornmut" - "Nyukasl" - 1:1
"Vulverhempton" - "Çelsi" - 2:6
"Liverpul" - "Brentford" - 2:0

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
idman.biz

10Mənbələr