AZ

Ukraynanın Belqoroda təşkil etdiyi hücumda bir nəfərÖLDÜ

Ukrayna silahlı qüvvələri Belqorod vilayətinə hücum edib.

Redaktor.az xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında verdiyi açıqlamada Ukrayna Silahlı Qüvvələri tərəfindən atılan mərminin avtomobilə dəyməsi nəticəsində bir nəfərin öldüyünü, yeddi nəfərin yaralandığını bildirib.

“Böyük kədərlə bildirirəm ki, minik avtomobilinə top mərmisinin birbaşa dəyməsi nəticəsində 1 nəfər həyatını itirdi. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verirəm. Bundan əvvəl 7 mülki vətəndaşımız yaralandı", - Qladkov yazıb. 

Qladkov əlavə edib ki, təcili tibbi yardım briqadaları yaralıları səhiyyə müəssisələrinə çatdırıb.

Seymur BƏNNAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
26
redaktor.az

10Mənbələr