AZ

Belqorodda 4 kənd köçürülür, bir kəndə giriş bağlanır

Belqorod vilayətində dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilir, daha bir kəndə giriş bağlanır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

"Krasnoyaruzski rayonunun Vyazovoe kəndinə giriş bağlanıb. Bu əraziyə giriş-çıxış yalnız administrasiyanın icazəsi ilə mümkün olacaq", - Qladkov Teleqram kanalında yazıb.

O əlavə edib ki, sərhədlə 20 kilometrlik zonada olan bütün məktəblərdə təhsil onlayn olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
milli.az

10Mənbələr