AZ

Rusiyanın Belqorod vilayətindən sakinlər köçürülür

Gərgin əməliyyat şəraiti ilə əlaqədar Rusiyanın Belqorod vilayətində 4 yaşayış məntəqəsinin sakinləri köçürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov operativ qərargahın iclasından sonra öz teleqram kanalında məlumat verib.

"Gərgin əməliyyat şəraiti ilə əlaqədar olaraq biz Qrayvoronski rayonunun Poroz və Dronovka kəndlərinin, Starıy Xutor və Valuyski şəhər rayonunun Pavlovka kəndlərinin sakinlərini köçürmək qərarına gəldik", - deyə qubernator bildirib.

Qeyd edək ki, Ukrayna ordusu Rusiya ilə sərhəddə bir sıra yaşayış məntəqələrini ələ keçirib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
12
redaktor.az

10Mənbələr