AZ

Lider "Turan Tovuz" növbəti qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.   Manset.az xəbər verir ki, günün ilk matçı Tovuz şəhər stadionunda keçirilib. Doğma meydanda "Səbail"i qəbul edən "Turan Tovuz" qələbə qazanıb - 1:0. Qarşılaşmada yeganə qolu 33-cü dəqiqədə Alexandro Serrano vurub. Ardıcıl dördüncü qələbəsini qazanan qərb təmsilçisi xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlindəki liderliyini möhkəmləndirib.

Günün növbəti matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Bu görüşün start fiti saat 20:00-da səslənəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci, qonaqlar 4 xalla 8-cidir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
9
manset.az

10Mənbələr