AZ

Premyer Liqa: Lider "Turan Tovuz" növbəti qələbəsiniQAZANDI

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Redaktor.az-ın məlumatına görə, günün ilk matçı Tovuz şəhər stadionunda keçirilib.

Doğma meydanda "Səbail"i qəbul edən "Turan Tovuz" qələbə qazanıb - 1:0.

Qarşılaşmada yeganə qolu 33-cü dəqiqədə Alexandro Serrano vurub.

Bu qalibiyyət sayəsində qərb təmsilçisi xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlindəki liderliyini möhkəmləndirib.

Günün növbəti matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Bu görüşün start fiti saat 20:00-da səslənəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci, qonaqlar 4 xalla 8-cidir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
9
redaktor.az

10Mənbələr