AZ

Meksika ABŞ və Kanada səfirləri ilə əlaqələri dayandırıb

"ABŞ və Kanada Meksikanın suverenliyinə hörmət etməyi öyrənməlidirlər".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu Meksikada Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında çıxış edən Meksika prezidenti Andres Manuel Lopez Obrador deyib.

O, ölkədə keçirilməsi nəzərdə tutulan məhkəmə islahatını tənqid edən ABŞ və Kanada səfirləri ilə əlaqələrin hələlik dayandırıldığını açıqlayıb. 

"ABŞ səfiri Ken Salazar ilə əlaqələrimiz yaxşıdır, lakin hazırda dayandırılıb. Biz tələsməyəcəyik. ABŞ və Kanadaya nəyin doğru, nəyin yanlış olduğunu söyləməyəcəyik. ABŞ və Kanada səfirləri ilə dayandırılan əlaqələrin mərkəzi hökumətlərlə heç bir əlaqəsi yoxdur. Hər iki səfir Meksikanın müstəqilliyinə lazımi hörməti göstərdiyi təqdirdə münasibətlər əvvəlki kimi davam edəcək". 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
5
bakivaxti.az

10Mənbələr