AZ

Meksikadan ABŞ və Kanadaya böyük şok: Səfirlərlə əlaqə dayandırıldı

Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ və Kanada səfirlərinin ölkənin daxili işlərinə müdaxilə etdiklərini əsas gətirərək onlarla əlaqələri dayandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Paytaxt Meksikada Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında açıqlama verib.

Obrador açıqlamasında heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını vurğulayıb: "ABŞ səfiri Ken Salazar ilə əlaqələrimiz yaxşıdır, lakin hazırda dayandırılıb. Biz tələsməyəcəyik. Meksikanın suverenliyinə hörmət etməyi öyrənməlidirlər. Onlara nəyin doğru, nəyin yanlış olduğunu söyləməyəcəyik. Hörmət və anlayış gözləyirik”.

Prezident ABŞ və Kanada səfirləri ilə dayandırılan əlaqələrin mərkəzi hökumətlərlə heç bir əlaqəsi olmadığını bildirib. O, hər iki səfirin Meksikanın müstəqilliyinə lazımi hörməti göstərdiyi təqdirdə münasibətlərin əvvəlki kimi davam edəcəyini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
publika.az

10Mənbələr