AZ

Meksika ABŞ və Kanada səfirləri ilə əlaqələri dayandırıb

Meksika prezidenti Obrador ABŞ və Kanada səfirləri ilə əlaqələri dayandırıb. Obrador, "Onlar Meksikanın suverenliyinə hörmət etməyi öyrənməlidir. Çünki onlara nəyin doğru, nəyin yanlış olduğunu deməyəcəyik. Biz qarşılıqlı hörmət və anlayış gözləyirik" deyib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ və Kanada səfirləri ilə münasibətləri dayandıraraq, ölkənin daxili işlərinə qarışmaq kimi ifadələr işlətdiyini bildirib.

Paytaxt Meksikada Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında danışan Obrador, ölkədə keçirilməsi nəzərdə tutulan məhkəmə islahatını tənqid edən ABŞ və Kanada səfirləri ilə əlaqələrin hələlik dayandırıldığını açıqlayıb.

Obrador heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını vurğulayaraq, "ABŞ səfiri Ken Salazar ilə əlaqələrimiz yaxşıdır, lakin hazırda dayandırılıb. Biz tələsməyəcəyik. Meksikanın suverenliyinə hörmət etməyi öyrənməlidirlər" deyib.

Meksika prezidenti Obrador ABŞ və Kanada səfirləri ilə dayandırılan əlaqələrin mərkəzi hökumətlərlə heç bir əlaqəsi olmadığını bildirib və hər iki səfirin Meksikanın müstəqilliyinə lazımi hörməti göstərdiyi təqdirdə münasibətlərin əvvəlki kimi davam edəcəyini bildirib.

ABŞ və Kanada səfirlikləri tərəfindən Obradorun mümkün məhkəmə islahatları ilə bağlı tənqidlər olub. ABŞ səfiri Salazar, hakimlərin xalq tərəfindən seçilməsini nəzərdə tutan islahatın "Meksika demokratiyasının işləməsi üçün böyük risk" daşıdığını bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
5
kommersant.az

10Mənbələr