AZ

"Ölkədəki vəziyyətə görə təəssüf ki, Azərbaycana qayıtmağım baş tutmadı" - MÜSAHİBƏ

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyev Sportal.az saytına müsahibə verib. Ötən mövsüm Ukrayna yüksək liqasında yarışan “Obolon”da oynamış Nağıyev yeni sezona birinci liqa iştirakçısı “Minay”da başlayacaq. O, bu kluba keçidindən, hədəflərindən və Azərbaycana qayıtmaq istəməsindən bəhs edib.

- "Minay"la artıq rəsmi müqavilə imzaladın. Birinci liqada oynayan bu klubla necə oldu ki, anlaşdınız?

- Klubsuz idim. Agent zəng etdi və mənə bu cür variant olduğunu bildirdi. Özü də, "transfer pəncərəsi" yaxın vaxtlarda bağlanırdı. Vaxtımız yox idi. Gözləməmək qərarı aldım və müqavilə imzaladım.  

- Maraqlıdır, siz Ukrayna yüksək liqasında oynayan komandalardan təklif almamışdınız? Heç "Obolon"da qalmaq ehtimalınız da yox idi?

- "Obolon"la yeni müqavilə imzalamaq alınmadı. Ötən mövsümün sonunda biz klubla bir-birimizə uğurlar arzuladıq və yollarımız ayrıldı. Orada qalmayacağım aydın idi. Belə də, oldu.

- Məndə olan məlumata görə, Azərbaycana qayıdaraq Premyer Liqa klublarından biri ilə müqavilə imzalamaq imkanın var idi. Bəs, keçidə nə mane oldu?

- Yəqin ki, bilirsiz, müharibə şəraitinə görə hazırda Ukraynadan kişilərin çıxışına qadağa var. Məni istəyən Azərbaycan klubu bu məsələni idman nazirliyi vasitəsilə həll etmək istəyirdi. Amma alınmadı. Yoxsa, özüm Azərbaycana qayıtmağı çox istəyirdim. Bir ay bunu həvəslə gözləyirdim. Ölkədəki vəziyyətə görə təəssüf ki, Azərbaycana qayıtmağım baş tutmadı.

- Hazırda Ukraynadakı vəziyyət necədir? 

- Dediyim kimi, kişilərin ölkədən çıxışına qadağa qoyublar. Sadəcə bəlli kateqoriyalı insanlar ölkəni tərk edə bilir. Mən isə bu kateqoriyaya daxil deyildim. 

- Ukrayna birinci liqasında oynayacaqsınız. Bunu karyeranızda geriyə addım hesab edirsiz?

- Liqaya baxası olsanız, bəli, geriyə addımdır. Amma mənim məqsədim kluba kömək olmaq və irəliyə doğru iki addım atmaqdır. Futbolda hər şey ola bilir. Əsas olan daimi oynamaq, klubsuz qalmamaqdır. Mən də onu etdim.

- Yeri gəlmişkən, Ukraynadan olan Roman Qriqorçukun "Neftçi"dəki işləri heç də yaxşı getmir. Onun "Neftçi"dəki işi haqda Ukraynada nə danışırlar?

- "Neftçi"yə sadəcə olaraq vaxt lazımdır. Roman Qriqorçuk spesifik məşqçidir və ona həmişə vaxt lazımdır. Əminəm ki, Qriqorçuk "Neftçi"ni daha rəqabətli edəcək. Amma çempionatı yenə də qazanan "Qarabağ" olacaq. Onlar digər komandalardan çox irəli gediblər.

Mirbağırağa

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
sportal.az

10Mənbələr