AZ

Qəzzaya zərbələr nəticəsində TRT telekanalının əməkdaşları xəsarət alıb

İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunus qəsəbəsinə endirdiyi zərbələr zamanı Türkiyənin TRT telekanalının əməkdaşları da xəsarət alıb.

7News.Az bu barədə TRT-yə istinadən xəbər verir.

TRT telekanalının operatoru peşə borcunu yerinə yetirərkən gözündən yaralanıb. Operatorla yanaşı, onun assistenti və bir neçə digər media mənsubunun da xəsarət aldığı bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda faktı pisləyib və yaralananların ailələrinə dəstək ifadə edib.
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
11
7news.az

10Mənbələr