AZ

TRT telekanalının əməkdaşları Qəzzada xəsarət aldı

İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə endirdiyi zərbələr zamanı Türkiyənin "TRT" telekanalının əməkdaşları xəsarət alıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"TRT" telekanalının operatoru peşə borcunu yerinə yetirərkən gözündən yaralanıb. Operatorla yanaşı, onun assistenti və bir neçə digər media mənsubunun da xəsarət aldığı bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda faktı pisləyib və yaralananların ailələrinə dəstək ifadə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
11
milli.az

10Mənbələr