AZ

TRT telekanalının əməkdaşları Qəzzada xəsarət aldı

İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə endirdiyi zərbələr zamanı Türkiyənin "TRT" telekanalının əməkdaşları xəsarət alıblar.

Olaylar bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"TRT" telekanalının operatoru peşə borcunu yerinə yetirərkən gözündən yaralanıb. Operatorla yanaşı, onun assistenti və bir neçə digər media mənsubunun da xəsarət aldığı bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda faktı pisləyib və yaralananların ailələrinə dəstək ifadə edib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
11
olaylar.az

10Mənbələr